Bank Of Baku

USAID-in Azərbaycan üzrə yeni direktoru vəzifəsinin icrasına başlayır

USAID-in Azərbaycan üzrə yeni direktoru vəzifəsinin icrasına başlayır
# 05 may 2011 14:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə yeni direktoru təyin edilib. USAİD-dən «APA-Economics»ə verilən məlumata görə, bu vəzifəyə Maykl Qrin (Michael Greene) təsdiqlənib.

M.Qrin bu vəzifəyə təyin olunmazdan əvvəl, 2009-cu ildən Qərbi Əfqanıstan üzrə Regional Platformanın direktoru olub. Bu vəzifədə M.Qrin USAID-in sabitlik və inkişaf proqramlarına nəzarət edib. Yeni direktor həmçinin 2005-2009-cu illərdə Peruda Alternativ İnkişaf Proqramının direktoru vəzifəsində də çalışıb.

M.Qrin Xorvatiyada Özəl Sektorun İnkişafı şöbəsinin rəhbəri, Dominikan Respublikasında icraçı baş müfəttiş, Boliviyada ofis rəhbərinin müavini, Banqladeşdə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması proqramının koordinatoru və Ekvadorda Sahil Yenidənqurma Layihəsinin regional ofisinin rəhbəri işləyib.

Azərbaycan üzrə missiya rəhbəri kimi M.Qrin USAID-in Azərbaycanın hərtərəfli, bazar iqtisadiyyatına əsaslanan demokratiyaya keçidini dəstəkləyən proqramlarına nəzarət edəcək. USAID-in proqramları vətəndaşların işə cəlb olunması, yeni iş yerlərinin açılması, gəlirlərin artırılması, Azərbaycan xalqının sağlamlığı və həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR