Bank Of Baku

AMEA Terminologiya Komissiyası Azərbaycan ədəbi dilinin qorunması və alınma sözlərdən istifadə ilə bağlı MŞ və MTRŞ-ya müraciət edəcək

AMEA Terminologiya Komissiyası Azərbaycan ədəbi dilinin qorunması və alınma sözlərdən istifadə ilə bağlı MŞ və MTRŞ-ya müraciət edəcək
# 05 may 2011 14:37 (UTC +04:00)
Bu barədə APA-ya Komissiyanın sədr müavini Sayalı Sadıqova məlumat verib.

O deyib ki, hazırda mətbuatda alınma sözlərdən istifadənin vəziyyəti acınacaqlıdır: “Aparıcıların çoxu Azərbaycan dilinin qayda-qanunlarını bilmir. Hətta cümlə ardıcıllığına sırasına belə əməl etmirlər. Əksər hallarda alınma sözlər, yanlış tələffüz olunur və yazılır. Bu problemi həll etmək üçün Terminologiya Komissiyası alınma sözlərin Azərbaycan dilində qarşılıqlarını hazırlayır”.

Komissiyanın sədr müavini deyib ki, mətbuatda alınma sözlərdən istifadənin vəziyyəti mayın 25-də “Nitq mədəniyyəti və terminologiya məsələləri” mövzusunda keçiriləcək elmi konfransda da geniş müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR