Bank Of Baku

Misir Mərdanov: “Ali məktəblərin qəbul imtahanları ilə orta məktəblərin buraxılış imtahanlarını eyniləşdirmək olmaz”

Misir Mərdanov: “Ali məktəblərin qəbul imtahanları ilə orta məktəblərin buraxılış imtahanlarını eyniləşdirmək olmaz”
# 06 may 2011 07:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Orta məktəblərin buraxılış l və qəbul imtahanlarının metodoloji baxımdan eyniləşdirmək hələlik tezdir”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov Bakı Dövlət Universitetinin (BDU) rektoru AbeL Məhərrəmovun
orta məktəblərin buraxılış və ali məktəblərin qəbul imtahanlarının bir metodoloji müstəvidə birləşdirilməsi barədə təklifinə münasibət bildirərkən deyib: “Zaman keçdikcə bizim nəticələr qəbul imtahanlarının nəticələrinə yaxınlaşacaq. O zaman bu barədə müzakirələr aparmaq olar. Ali məktəblərin qəbul imtahanları ilə orta məktəblərin buraxılış imtahanlarını eyniləşdirmək olmaz. Onların məqsədi və keçirilmə qaydaları müxtəlifdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR