Bank Of Baku

Azərbaycan prezidenti: “2013-cü ilə qədər ikinci regional proqramın başa çatması ilə bütün sosial infrastruktur məsələləri həllini tapacaq”

Azərbaycan prezidenti: “2013-cü ilə qədər ikinci regional proqramın başa çatması ilə bütün sosial infrastruktur məsələləri həllini tapacaq”
# 06 may 2011 07:50 (UTC +04:00)
Bakı - APA-Economics. “Azərbaycanda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan bütün məsələlər həllini tapmalıdır. Növbəti bir neçə il ərzində əsas infrastruktur məsələləri həllini tapacaq”. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Sabirabad rayon ictimaiyyəti ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bütün kənd yolları təmir olunur, yenidən tikilir: “Həm Bakıətrafı qəsəbələrdə, həm də ən ucqar kəndlərdə, ən ucqar rayonlarda yolların tikintisi prosesi sürətlə gedir. Kənd yolları, içməli su, kanalizasiya layihələri hazırlanır. Mən ümid edirəm ki, nəzərdə tutduğumuz bütün vəzifələr icra ediləcək. Çünki bunu etmək üçün bizdə həm siyasi iradə, həm də düşünülmüş proqramlar var. Bu proqramları biz icra edirik. Əminəm ki, 2013-cü ilə qədər ikinci regional proqramın başa çatması ilə bütün sosial infrastruktur məsələləri həllini tapmalıdır. Elə etməliyik ki, insanların yaşaması, işləməsi üçün bütün şəraiti yaradaq”.

Sakinlər ötən il Kür çayının daşması zamanı yaranmış təbii fəlakət nəticəsində təhlükə ilə üzləşdiklərini və evsiz qaldıqlarını, lakin dövlətin və prezidentin diqqəti sayəsində problemlərinin arxada qaldığını bildiriblər, buna görə dövlət başçısına təşəkkür ediblər.

Dövlət başçısı isə qeyd edib ki, o vaxt bütün dövlət qurumları, eyni zamanda, özəl şirkətlər çox gözəl, fəal işlədilər: “Əsas vəzifəmiz odur ki, gələcək illərdə istənilən təbii fəlakətə hazır olaq. Mən çox şadam ki, bütün bu təmir-bərpa işləri qısa müddət ərzində öz həllini tapmışdır. Əlbəttə, fəlakət zamanı birinci vəzifəmiz ondan ibarət idi ki, bütün insanları itkisiz, təhlükəsiz yerlərə köçürək, onlar üçün şərait yaradaq. Bütün şərait, hətta tibb məntəqələri də yaradıldı. Uşaqların oxuması üçün şərait yaradıldı. Çadırlar quruldu, isti yeməklər təşkil olundu. Yəni bütün xalqımız səfərbər olundu. Bu hadisə bizim üçün bir sınaq idi. Biz bu sınaqdan şərəflə çıxdıq. Digər tərəfdən, ölkəmizin gücünü göstərdik. Biz bütün bu işləri öz hesabımıza, heç bir itki vermədən görə bildik. Bu təbii fəlakət qarşısında biz öz gücümüzü və xalqın səfərbərliyini göstərdik”.

Saatlı ictimaiyyətinin nümayəndələri ilə görüşündə isə prezident İlham Əliyev 2012-ci ilə qədər ölkə ərazisinin 95%-nin qazlaşdırılacağını bəyan edib: “Dövlət Neft Şirkətinə göstəriş vermişəm ki, 2012-ci ilin sonuna qədər Azərbaycanın bütün yaşayış məntəqələri harada ki, mümkündür qazlaşdırılsın”.

Azərbaycan gəncliyinə dövlət qayğısından söz açan prezident İmişlidə ölkə üzrə 31-ci olimpiya kompleksinin açıldığını qeyd edib: “Saatlıda da gözəl olimpiya kompleksi yaradılacaq. Onun yanında Gənclər Evi də yaradılmalıdır. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı hazırlanır. Orada həm Bakıda, həm də rayonlarda Gənclər Mərkəzinin tikintisi nəzərdə tutulmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR