Bank Of Baku

Azərbaycanın rayonlarında leysan yağacaq, dolu düşəcək

Azərbaycanın rayonlarında leysan yağacaq, dolu düşəcək
# 06 may 2011 08:54 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-15, gündüz 18-23 dərəcə isti olacaq.

Mayın 8-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 17-22 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 7-də, əsasən, gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 14-18 dərəcə isti olacaq.

Mayın 8-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv lokal leysan xarakterli olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal küləyi əsəcək, arabir güclənəcək. Gecə 10-15, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR