Bank Of Baku

Azərbaycanlı tibb bacıları Türkiyədə təkmilləşmə kursu keçir

Azərbaycanlı tibb bacıları Türkiyədə təkmilləşmə kursu keçir
# 06 may 2011 10:40 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Azərbaycanın dövlət tibb müəssisələrində çalışan tibb bacıları Türkiyənin paytaxtı Ankaranın qabaqcıl klinikalarında təkmilləşdirmə kurslarına göndəriliblər. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məqsəd tibb işçilərinin tibbi bilik və bacarıqlarının artırılmasıdır.

“Səhiyyə sektorunda islahatlar” layihəsi çərçivəsində baş tutan bir aylıq təkmilləşmə kurslarında Bakı, Abşeron, İsmayıllı, Qax, Şəki, Ağdaş və Sabirabada fəaliyyət göstərən tibb müəssisələrində çalışan 37 tibb bacısı iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR