Bank Of Baku

Xırdabuynuzlu heyvanlar arasında qarayaraya qarşı vaksinasiya aparılır

Xırdabuynuzlu heyvanlar arasında qarayaraya qarşı vaksinasiya aparılır
# 06 may 2011 12:22 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Azərbaycanda iribuynuzlu heyvanlar arasında qarayara xəstəliyinə qarşı aparılan vaksinasiya işləri başa çatıb. Hazırda bu profilaktik tədbir xırdabuynuzlu heyvanlar arasında davam etdirilir. Bu barədə APA-ya Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli bildirib.
Y. Xanvəli qeyd edib ki, son illər ölkədə heyvanlar arasında qarayara xəstəliyi qeydə alınmayıb: “Amma torpaq infeksiyası olduğuna görə, bu xəstəlik daim baş qaldıra bilər. Bunu nəzərə alaraq, respublikanın bütün rayonlarında mütəmadi vaksinasiya işləri həyata keçiririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR