Bank Of Baku

Masallının daha bir kəndində təbii qazın verilişi bərpa olunub

Masallının daha bir kəndində təbii qazın verilişi bərpa olunub
# 06 may 2011 13:14 (UTC +04:00)
Masallı. Ağəddin Babayev - APA. İyirmi illik fasilədən sonra Masallı rayonunun
I Səmidxan kəndinə təbii qazın verilişi bərpa olunub. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən toplantıda Masallı rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək bu münasibətilə kənd sakinlərini təbrik edib.
İcra Hakimiyyətinin başçısı 20 illik fasilədən sonra bu yaşayış məntəqəsinə qazın verilişini ölkə rəhbərliyinin regionlara diqqəti kimi dəyərləndirərək, bu sahədə işlərin davam etdiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR