Bank Of Baku

İtkin düşmüş Lənkəran sakininin meyiti quyudan tapılıb

İtkin düşmüş Lənkəran sakininin meyiti quyudan tapılıb
# 06 may 2011 14:08 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda itkin düşmüş rayon sakininin meyiti su quyusunda aşkarlanıb. Lənkəran Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Girdəni kənd sakini, 1975-ci il təvəllüdlü Elnur Hüseynağa oğlu Nəzərov mayın 5-də sərxoş vəziyyətdə evlərindən çıxaraq geri qayıtmayıb. Bundan narahat olan yaxınları E. Nəzərovun axtarışı üçün rayonun hüquq-mühafizə orqanlarına müraciət ediblər. Həyata keçirilən tədbirlər nəticəsində itkin düşmüş şəxsin meyiti mayın 6-da saat 19.30 radələrində qonşusunun həyətindəki su quyusundan tapılıb. Meyitin daxili və xarici müayinəsi zamanı heç bir zorakılıq əlaməti aşkarlanmayıb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR