Bank Of Baku

Gürcüstanda şagirdlər orta məktəbi bitirəndə sürücülük vəsiqəsi ala biləcəklər

Gürcüstanda şagirdlər orta məktəbi bitirəndə sürücülük vəsiqəsi ala biləcəklər
# 06 may 2011 15:56 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda 2011-2012-ci il yeni tədris ilində orta məktəblərdə “Yol nişanları və hərəkətin təhlükəsizliyi” fənninin tədrisinə başlanılacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan parlamentinə müzakirəyə təqdim olunan qanun layihəsində qeyd olunub. Gürcüstanın daxili işlər naziri Vano Merabişvili jurnalistlərə ali qanunverici orqanın bu qanuna müsbət qiymət verəcəyinə ümidvar olduğunu bildirib: “Şagirdlər nəzəriyyə üzrə məktəblərdə yoxlamadan keçəcək, müvafiq imtahanlar verdikdən sonra sürücülük vəsiqəsi almaq hüququ əldə edəcəklər”.
Gürcüstanın təhsil və elm naziri Dmitri Şaşkin məktəblərdə “Yol nişanları və hərəkətin təhlükəsizliyi” fənninin tədrisi ilə məşğul olacaq müəllim kadrlarını Tiflis Polis Akademiyasının hazırlayacağını bildirib. Nazir jurnalistlərə açıqlamasında fənn üzrə artıq dərs vəsaitinin də hazırlanmasına başlandığını qeyd edib: “Yeni fənn Vahid Milli Tədris Planına daxil ediləcək və nəticədə yol hərəkəti qaydalarında təhlükəsizliyə əməl ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR