Bank Of Baku

Kazan şəhərinin meri Azərbaycanda səfərdədir - FOTO

Kazan şəhərinin meri Azərbaycanda səfərdədir - <font color=red>FOTO</font>
# 06 may 2011 16:07 (UTC +04:00)
Bakı-APA. Azərbaycana səfərə gələn Kazan şəhərinin meri İlsur Metşinin başçılıq etdiyi nümayəndə heyəti İçərişəhərdə olub. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, qonaqların İçərişəhərdə gəzintisi UNESCO-nun “Dünya İrsi Siyahısı”na daxil edilən Qız Qalası ilə tanışlıqla başlanıb. İ. Metşin, həmçinin Qız Qalasında yenicə başlamış bərpa və muzey konservasiyası işləri barədə məlumatlandırılıb. Qonaqların gəzintisi Qoşa Qala meydanı ilə tanışlıqla davam etdirilib, onlara meydan və burada yerləşən qədim binaların inşa tarixi barədə məlumat verilib. Daha sonra nümayəndə heyəti İçərişəhər ərazisində dünya əhəmiyyətli üç abidədən biri olan Məhəmməd Məscidində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR