Bank Of Baku

Lənkəranda Kitab Bayramı keçirilib

Lənkəranda Kitab Bayramı keçirilib
# 06 may 2011 16:55 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran şəhərində ənənəvi IV Kitab Bayramı keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Siddiqə Rzayeva çıxış edərək, Mədəniyyət və Turizm Nazirliyinin sərəncamı ilə keçirilən Kitab Bayramının mahiyyətindən və kitabın gənc nəslin dünyagörüşünün artırılmasında müstəsna əhəmiyyətindən söz açıb. S. Rzayeva hazırda rayonda 92 kitabxana üzrə 836 min nüsxədə kitab fondunun yaradıldığını və bu kitablardan 63 min nüsxənin Sabir adına Mərkəzi şəhər kitabxanasında saxlandığını bildirib.
Kitab Bayramında “Heydər Əliyev - 88”, “Qələbə - 66”, “Lənkəran Azərbaycanın folklor paytaxtıdır” və s. mövzularda kitab sərgiləri nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR