Bank Of Baku

Görkəmli alim-jurnalist Tofiq Rüstəmovun anım mərasimi keçirilib

Görkəmli alim-jurnalist Tofiq Rüstəmovun anım mərasimi keçirilib
# 07 may 2011 12:18 (UTC +04:00)
Quba. Zaur Quliyev – APA. Bu gün Quba rayonunda Azərbaycanın görkəmli alim, jurnalist və ictimai xadim mərhum Tofiq Rüstəmovun adan olmasının 75 illiyinə həsr olunmuş anım mərasimi keçirilib. Toplantıda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə, İctimai Yayım Şurasının üzvü Cahangir Məmmədli, Quba rayon İcra Hakimiyyətinin işçiləri, KİV təmsilçiləri və T.Rüstəmovun yaxınları iştirak ediblər.

APA-nın şimal bürosunun məlumatına görə, mərasimdə çıxış edənlər T.Rüstəmovun həyat və fəaliyyəti haqqında danışıblar. Çıxışlarda qeyd olunub ki, T.Rüstəmov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Ali təhsilini bitirdikdən sonra SSRİ-nin ən nüfuzlu qəzetlərindən sayılan «Uçitelskaya qazeta»nın respublikamızda xüsusi müxbiri işləyib. Daha sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışan jurnalist burada tərcüməçilikdən informasiya verilişləri baş redaksiyasının baş redaktoru vəzifəsinədək yüksəlib.

Müxtəlif illərdə Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi, ADU-nun partiya komitəsinin katibi, Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin deputatı və Milli Məclisin üzvü olub. 1990-1995-ci illərdə «Kommunist» («Xalq qəzeti») qəzetinin baş redaktoru vəzifəsində çalışıb, 1967-ci ildə Azərbaycan Jurnalistlər İttifaqının «Qızıl qələm» mükafatına layiq görülüb

Mərasim başa çatdıqdan sonra T.Rüstəmovun məzarı ziyarət olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR