Bank Of Baku

Səlim Müslümov: «Böyük Vətən Müharibəsi veteranları üçün ayrılan vəsait artıq öz təyinatı üzrə köçürülüb»

Səlim Müslümov: «Böyük Vətən Müharibəsi veteranları üçün ayrılan vəsait artıq öz təyinatı üzrə köçürülüb»
# 07 may 2011 12:57 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu DSMF sədri Səlim Müslimov bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, həmin vəsaitdən 78 rayon və şəhər şöbələri, eləcə də Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamenti, o cümlədən Naxçıvan MR DSMF vasitəsilə 3 395 nəfər müharibə iştirakçısının hesabına 1 697 500 manat köçürülüb. Müharibə iştirakçılarından 856 nəfər Bakının müxtəlif rayonlarında, Abşeron və Sumqayıtda yaşayır.

S.Müslimov qeyd edib ki, 29 717 nəfərin hesabına 5 943 400 manat vəsaiti köçürmək üçün rayon şöbələrinin hamısının hesabına vəsait köçürülüb. Beləliklə, müharibə iştirakçıları üçün ayrılan 8,7 mln. manat vəsaitin 7,640 mln. manatı artıq öz təyinatı üzrə köçürülüb: «Bizim xəzinə hesabımızda 1,060 mln. manat vəsait qalıb. Əgər əlavə müraciətlər olarsa onların hamısının hesabına bu vəsait köçürülə bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR