Bank Of Baku

Şamaxıda müharibə veteranları ilə görüş keçirilib

Şamaxıda müharibə veteranları ilə görüş keçirilib
# 08 may 2011 00:37 (UTC +04:00)
Şamaxı. Şahnəzər Bəşirov-APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Şamaxı rayonunda II dünya müharibəsi veteranları ilə görüş keçirilib. APA-nın Şirvan bürosunun xəbərinə görə mayın 7-də keçirilən tədbirdə çıxış edən Şamaxı rayon icra hakimiyyəti başçısının birinci müavini Nəsimi Abdullayev, Milli Məclisin deputatı Elxan Süleymanov, xalq şairi Musa Yaqub, “Şərəf” ordenli Muradəli Heydərov çıxışında müharibə veteranlarını Qələbə günü münasibətilə təbrik edib, onları cəmiyyətin ən əziz, hörmətli insanları olduğunu bildiriblər. Millət vəkili Elxan Süleymanov faşizm üzərində Qələbənin qazanılmasında müstəsna xidmətləri olan veteranlara bayram münasibətilə qiymətli hədiyyələr təqdim edib, onların qayğı və problemləri ilə maraqlanıb. Bildirilib ki, hazırda Şamaxıda 48 Böyük Vətən Müharibəsi veteranı yaşayır.
Mərasim yerli incəsənət ustalarının ifasında musiqi proqramı ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR