Bank Of Baku

Mingəçevirdə kitab bayramı və elmi-nəzəri konfrans keçirilib

Mingəçevirdə kitab bayramı və elmi-nəzəri konfrans keçirilib
# 08 may 2011 01:35 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Mingəçevir şəhərində Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan kitab bayramı keçirilib. Şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların, təhsil və mədəniyyət işçilərinin, tələbə və şagirdlərin iştirak etdiyi tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən kitablar, eləcə də, tarix, folklor və etnoqrafiya, dünya ədəbiyyatı, ingilis dili, uşaq ədəbiyyatı və digər sahələrlə bağlı ümumilikdə 486 adda kitablar sərgilənib. Tədbirdə ayrı-ayrı yazıçı və şairlərin yaradıcılığından bəhs edən səhnələşdirilmiş əsərlər təqdim edilib, vətən, təbiət, qəhrəmanlıq haqqında müxtəlif şeirlər söylənilib.
Həmçinin, Mingəçevir şəhər İcra Hakimiyyətində “Azərbaycan tarixində adı əbədi yaşayan tarixi şəxsiyyət” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Tədbirdə məruzələr dinlənilib, Heydər Əliyevin həyat və fəaliyyəti haqqında film nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR