Bank Of Baku

ABŞ-da işsizlik səviyyəsi 9%-ə çatıb

ABŞ-da işsizlik səviyyəsi 9%-ə çatıb
# 09 may 2011 09:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Aprel ayında ABŞ-da işsizliyin səviyyəsi ötən ilin noyabr ayından ilk dəfə 9%-dək artıb. «APA-Economics»in xəbərinə görə, bu barədə ABŞ-ın Əmək Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir. Məlumatda qeyd olunub ki, cari ilin mart ayında ölkədə işsizlik 8,8% olub və göründüyü kimi apreldə bu göstərici 0,2 faiz bəndi artıb.

Mütəxəssislər ABŞ-da apreldə iş yerlərinin 185 min artacağını proqnozlaşdırdığı halda, real artım 244 min təşkil edib. Mart ayında isə bu göstərici 221 minə bərabər olub.
Özəl sektorda iş yerlərinin sayı apreldə 268 min artıb ki, bu da son 5 il ərzində ən yüksək göstəricidir. Belə ki, özəl sektorda iş yerlərinin sayının 200 min artacağı proqnozlaşdırılırdı. Dövlət sektorunda isə iş yerlərinin sayı 25 min azalıb.

Mütəxəssislərin fikrincə, özəl sektorda boş iş yerlərinin artımı əsasən fermer təsərrüfatları hesabına olub. Belə ki, çiyələk, sitrus, bir sıra dənli bitkilərin yığım mövsümü başlayıb və fermerlər müvafiq olaraq mövsümi işçiləri işə götürür. Bu, xidmət sahəsinə aid olan azmaaşlı müvəqqəti iş yerləridir. Bundan başqa, tətilə yollanan amerikalılar uşaqları üçün dayələr, yaşlı qohumları üçün tibb bacıları işə götürürlər. Bu da öz növbəsində müvəqqəti işdir, lakin ümumi məşğulluq statistikasına təsir göstərir. Eyni zamanda küçələrdə pərakəndə dondurma, su və hot-doq satıcılarının da sayı artmaqdadır.

İstehsalat sahəsində iş yerləri aprel ayında 29 min, xidmət sahəsində 200 min, o cümlədən səhiyyə sahəsində 37,3 min, tikintidə 5 min, pərakəndə ticarətdə isə 57,1 min artıb.

Qeyd edək ki, aprel ayında ABŞ-da əməyin orta saathesabı ödənişi 22,95 dollaradək artıb, orta iş həftəsi isə 34,3 saat səviyyəsində qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR