Bank Of Baku

Azərbaycan XİN üzrə 1-ci “Brain ring” intellektual oyunu başlayıb

Azərbaycan XİN üzrə 1-ci “Brain ring” intellektual oyunu başlayıb
# 09 may 2011 10:19 (UTC +04:00)
Bakı. Habil Süleymanov – APA. Bu gün Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi üzrə 1-ci “Brain ring” intellektual oyunu başlayıb. APA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin gənc əməkdaşlarının qatıldığı yarışmada məqsəd gənclərin dünyagörüşünü, bilik və təcrübə mübadiləsini və intellektual oyunun populyarlığını artırmaqdır.

İntellektual oyunda 8 komanda iştirak edir. Aparıcı və hakim oyuna nəzarət edir və püşklə komandaların hansı ardıcıllıqla qarşılaşaçaqlarını müəyyənləşdirir. Hər komanda 4 nəfərdən ibarətdir. Qaydalara əsasən səslənən hər suala 1 dəqiqədən gec olmayaraq və rəqibdən daha tez cavab verilməlidir. Qalib komandaya kubok təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR