Bank Of Baku

Daxili İşlər Nazirliyində faşizm üzərində qələbənin ildönümünə həsr olunmuş tədbir keçirilib

Daxili İşlər Nazirliyində faşizm üzərində qələbənin ildönümünə həsr olunmuş tədbir keçirilib
# 09 may 2011 15:55 (UTC +04:00)
Bakı – APA. Mayın 9-da Daxili İşlər Nazirliyində faşizm üzərində qələbənin 66-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov mərasimi giriş sözü ilə açaraq bütün tərəqqipərvər bəşəriyyətin faşizm üzərində qələbənin növbəti ildönümünü böyük təntənə ilə qeyd etdiyini söyləyib və tarixi qələbənin qazanılmasında həmvətənlərimizin böyük fədakarlığından və qəhrəmanlığından danışıb.

Nazir əlamətdar bayram münasibətilə müharibə veteranlarını və onların ailə üzvlərini təbrik edib. O, müharibə veteranlarının mənalı həyat yolunun və zəngin təcrübəsinin yetişməkdə olan nəslə, həmçinin daxili işlər orqanlarının gənc əməkdaşlarına hər zaman örnək olacağını, onların vətənə sonsuz məhəbbət, anda, dövlətə sədaqət rəmzinə çevrilmiş qəhrəmanlığının, əzmkarlığının heç zaman unudulmayacağını bildirib.

İstefada olan milis polkovnikləri Müseyib İlyasov və İsmayıl Qasımov Böyük Vətən müharibəsinin iştirakçıları olan daxili işlər orqanlarının veteranları adından söz alaraq bu görüşə, ümumilikdə veteranlara göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıq ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR