Bank Of Baku

Hacıqabul, Samux və Tovuz rayon polis şöbələrinin yeni inzibati binalarının açılışı olub

Hacıqabul, Samux və Tovuz rayon polis şöbələrinin yeni inzibati binalarının açılışı olub
# 09 may 2011 16:04 (UTC +04:00)
Bakı – APA. Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində Hacıqabul, Samux və Tovuz rayon polis şöbələrinin yeni inzibati binalarının açılışı olub. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hər üç tədbirdə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Nazir növbətçi hissələrə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş tədris otaqlarına, akt zallarına, müvəqqəti saxlama təcridxanalarına baxış keçirib. O, görülən işləri yüksək qiymətləndirib və əməkdaşların normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasından məmnunluğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR