Bank Of Baku

Ağdaşda Heydər Əliyevin adını daşıyan park və mərkəz yenidənqurmadan sonra istifadəyə verilib

Ağdaşda  Heydər Əliyevin adını daşıyan park və mərkəz yenidənqurmadan sonra istifadəyə verilib
# 09 may 2011 19:19 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov-APA. Ağdaş şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan park və mərkəz əsaslı yenidənqurma işlərindən sonra mayın 9-da istifadəyə verilib. APA-nın yerli bürosunun xəbərinə görə tədbirdə Ağdaş rayon ictimaiyyəti, eləcə də, Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Çingiz Əsədullayev, şair Fikrət Qoca, akademik Bəkir Nəbiyev, qonşu rayonların icra hakimiyyətlərinin başçıları iştirak edib. Dövlət himninin sədaları altında meydanın mərkəzində qurulan və hündürlüyü 40 metr olan dirəyə asılan dövlət bayrağı havaya qaldırılıb.

Sonra qonaqlar əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, 3 zaldan ibarət olan mərkəzdə kompüter zalı, muzey, uşaq və gənclərin yaradıcılıq mərkəzi, çoxsaylı dərnəklər fəaliyyət göstərir. Yeddi hektar ərazisi olan Heydər Əliyev Parkında 3 ədəd rəngli musiqili fəvvarə quraşdırılıb, 5000 ədəd ağac, gül və bəzək kolları əkilib, 120 ədəd müasir işıq dirəyi quraşdırılıb. Parkın mərkəzində uzunluğu 200 metr olan Heydər Əliyev abidə kompleksi yaradılıb. Kompleks boyunca bir-birini əvəz edən mərmər lövhələrin içərisini dövlət atributları, tarixi keçmişimizi əks etdirən memarlıq elementləri bəzəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR