Bank Of Baku

Bakıda “Hüquq elminin və təhsilinin müasir problemləri və həlli yolları” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Bakıda “Hüquq elminin və təhsilinin müasir problemləri və həlli yolları” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
# 10 may 2011 09:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun (FSHİ) təşkilatçılığı ilə Heydər Əliyevin ad gününə həsr olunmuş “Hüquq elminin və təhsilinin müasir problemləri və həlli yolları” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. APA-nın məlumatına görə, iki gün davam edəcək konfransda Türkiyə, Rusiya, ABŞ, Almaniya, Gürcüstan, Yaponiya və İrandan elm və təhsil işçiləri iştirak edirlər.

Konfransın açılışında çıxış edən institutun direktoru İlham Məmmədzadə bildirib ki, 2009-2015-ci illərdə “Elmi inkişafı üzrə milli strategiya və onun icrası ilə bağlı” dövlət proqramı elmi tədqiqat institutları və alimlərin qarşısına böyük vəzifələr qoyub. Bununla əlaqədar son illər FSHİ-də də silsilə tədbirlər həyata keçirilir. Son iki ildə institutda hüquq ixtisası üzrə daimi fəaliyyət göstərən seminarlar keçirilib, hüquq-mühafizə orqanları və məhkəmələrlə əməkdaşlıq genişləndirilib.

İ. Məmmədzadə deyib ki, konfransda hüquqi dövlət quran müstəqil Azərbaycan Respublikası üçün hüquqşünas kadrların hazırlanmasının ən vacib tərəfləri müzakirə ediləcək. Konfransın yekununda ölkədə hüquqi dövlət quruculuğu, hüquqşünas kadrların hazırlanması və hüquq elminin inkişafının aktual problemləri ilə bağlı ölkə prezidentinə müraciət və qətnamə qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR