Bank Of Baku

Gəncə əhalisinin sayı 336 min 100 nəfərə çatıb

Gəncə əhalisinin sayı 336 min 100 nəfərə çatıb
# 10 may 2011 09:34 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. 2011-ci ilin aprel ayına olan məlumata əsasən Gəncə şəhərinin əhalisinin sayı 336 min 100 nəfər təşkil edir. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 1,9% çoxdur. Gəncə şəhər Statistika İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, şəhər əhalisinin 48,3 faizini kişilər, 51,7 faizini qadınlar təşkil edir.
İlin əvvəlindən aprel ayına qədər Gəncə şəhərində 525 nəfər dünyasını dəyişib. Yeni doğulanların sayı isə 955 nəfər təşkil edib. Eyni müddətdə 443 nikah bağlanıb və 98 boşanma halı qeydə alınıb.
Gəncə şəhərindən aprel ayına kimi gedənlərin sayı 162, gələnlərin isə 185 nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR