Bank Of Baku

Mahmud Kərimov: “Dərbəndin tarixi ilə bağlı kitab yaxın günlərdə çap ediləcək”

Mahmud Kərimov: “Dərbəndin tarixi ilə bağlı kitab yaxın günlərdə çap ediləcək”
# 10 may 2011 11:02 (UTC +04:00)
Bakı. Sevil Valehova-APA. “Dərbəndin tarixi ilə bağlı materiallar artıq hazırdır və yaxın günlərdə kitab şəklində nəşr ediləcək”. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib. Onun sözlərinə görə, artıq Dərbənd ensiklopediyası hazırlanaraq nəşr olunub. Azərbaycan tarixinə dair digər kitabların hazırlanması da davam etdirilir.

AMEA prezidenti Akademiya şəhərciyindəki qeyri-akademik qurumların köçürülməsi məsələsinə toxunarkən bildirib ki, akademiya bununla bağlı təklif hazırlamayıb: “Akademiya şəhərciyində Milli Təhlükəsizlik Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi yerləşir. Dövlət Reyestr Xidməti və Moskva Dövlət Universitetinin Bakı Filialı da akademiya şəhərciyinin binasında fəaliyyət göstərir. Çox güman ki onların köçürülməsi ilə bağlı təklifimiz olmayacaq. Amma bu iki binanın boşaldılmasını biz də çox istəyərdik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR