Bank Of Baku

TQDK növbəti sınaq imtahanı keçirib

TQDK növbəti sınaq imtahanı keçirib
# 10 may 2011 11:02 (UTC +04:00)
Bakı. Sevil Valehova-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 8-də növbəti sınaq imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanın idarə olunması üçün komissiyada operativ qərargah fəaliyyət göstərib və imtahan prosesinin gedişi nəzarətdə saxlanılıb.
Nəticələrin həftə ərzində komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə də öyrənə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR