Bank Of Baku

Azərbaycanın gömrük orqanlarında işə qəbul internet vasitəsilə aparılır

Azərbaycanın gömrük orqanlarında işə qəbul internet vasitəsilə aparılır
# 10 may 2011 11:26 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Gömrük orqanlarında işləmək istəyənlər bu barədə müraciətlərini internet vasitəsilə çatdıra bilərlər. «APA-Economics»in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, dekabr ayında DGK-nın yeni saytı işə düşəndən sonra işə qəbul və testə iştirak etmək üçün müraciətlər yalnız internet vasitəsilə həyata keçirilir: «İşə qəbul çox şəffaf bir şəkildə, insan amili olmadan, yalnız kompüter vasitəsilə aparılır. 100 sualdan təqribən 80-nə cavab verənlər sonrakı mərhələyə keçirlər. Onlarla söhbət aparılır və sonra da sahəsinə görə işlə təmin olunur. May ayında, yəni bir neçə gün bundan əvvəl biz yeni sənədlərin qəbulunu elan etmişik».

Komitə sədri deyib ki, işə qəbul üçün test sualları ümumi məsələlərə və gömrük işinə aiddir: «Son 3 test zamanı 15-16 nəfər testlərdən keçərək işə qəbul olunub. Qeyd edim ki, gömrük xidmətində iş vətəndaşlar arasında əvvəlki kimi populyardır - işə girmək istəyənlərin sayı yüzlərlə ölçülür”.

A.Əliyev bildirib ki, gömrük orqanları hüquq-mühafizə orqanı sayıldığına görə işə qəbul olunanlar istənilən postda işləyə bilərlər: “Poqon daşıyan adam başa düşməlidir ki, zabitdir, harada lazımdırsa, orda da xidmət etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR