Bank Of Baku

Gəncə, Mingəçevir və Şəkidə regional təlimlər keçirilib

Gəncə, Mingəçevir və Şəkidə regional təlimlər keçirilib
# 10 may 2011 13:50 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya BMT-nin İnkişaf Proqramı (UNDP) ilə birgə Gəncə, Mingəçevir və Şəki şəhərlərində yerli icra hakimiyyəti orqanlarının, mərkəzi icra hakimiyyəti orqanlarının yerli və regional bölmələrinin dövlət qulluqçuları üçün etik davranış qaydaları və etik müvəkkilin fəaliyyəti, dövlət qulluğu vəzifələrinin tutulması qaydası, dövlət qulluqçularının vəzifə təlimatları, iş bölgüsünün aparılması qaydası və dövlət qulluqçularının reyestrinin aparılması qaydası ilə bağlı təlimlər təşkil edib. Komissiyadan APA-ya verilən məlumata görə, Gəncədə təlimlər 28-30 aprel, Mingəçevirdə 2-5 may, Şəkidə isə 5-6 may tarixlərdə keçirilib. Gəncə, Mingəçevir və Şəki şəhərlərində təşkil edilən təlimlərə Gəncə, Naftalan, Kəlbəcər, Göygöl, Samux, Daşkəsən, Goranboy, Xocalı, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax, Mingəçevir, Yevlax, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Ucar, Zərdab, Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ şəhərlərinin yerli icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində çalışan 254 rəhbər vəzifəli dövlət qulluqçusu cəlb olunub.
Təlimin təşkil olunmasının əsas məqsədləri hər bir vəzifəli şəxs və dövlət qulluqçusunun vətəndaşlarla münasibətdə etik davranış qaydalarına əməl etməsi, dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması sahəsində maarifləndirmədən ibarət olub.
Təlimdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Dövlət qulluqçularının etik davranış qaydaları üzrə etik müvəkkilin fəaliyyəti”, “İş bölgüsünün aparılması qaydaları”, “Dövlət qulluğuna qəbul və müsahibələrin keçirilməsi qaydası”, “Dövlət Qulluqçularının Reyestrinin aparılması qaydaları” mövzularında təqdimatla çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR