Bank Of Baku

Jak de Morqan irsinin araşdırılması üzrə Fransa-Azərbaycan birgə layihəsi həyata keçiriləcək

Jak de Morqan irsinin araşdırılması üzrə Fransa-Azərbaycan birgə layihəsi həyata keçiriləcək
# 10 may 2011 14:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Jak de Morqan irsinin araşdırılması üzrə Fransa-Azərbaycan birgə layihəsi həyata keçiriləcək. Bu barədə APA-ya institutun nəşriyyat və elmi əlaqələr sektorunun rəhbəri Səfər Aşurov məlumat verib. O bildirib ki, layihəyə əsasən tunc və dəmir dövrlərində Azərbaycan ərazisində qədim yaşayış məskənləri, Lənkəran və Lerik ərazisində nekropollar araşdırılacaq.

Dörd ildən bir təkrarlanan bu araşdırmanın əsas məqsədi XIX əsrin məşhur fransız arxeoloqları olan Jak və Henri Morqanın Lənkəran və Lerik ərazisində apardığı tədqiqat işlərinin nəticələri barədə məlumatların yenidən araşdırılması və nəşridir. Əsas diqqət nekropollar barədə olan biliklərin genişləndirilməsinə yönəldilib. Nekropollar Henri və Jak Morqan qardaşlarının 1890-cı illərdə Azərbaycanın Lənkəran, Lerik bölgələrində və 1901-ci ildə Talış (İran) ərazisində aparılan tədqiqatlar nəticəsində aşkarlanıb. Morqan qardaşlarının tədqiqatının nəticəsi olan arxeoloji kolleksiya (keramika, silah, metal fiqurlar və s.) Parisdəki Sen Jermen Milli Arxeologiya Muzeyində qorunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR