Bank Of Baku

Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi keçiriləcək

Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi keçiriləcək
# 11 may 2011 09:51 (UTC +04:00)
Bakı. Sevil Valehova-APA. İyulun 1-dən 3-dək Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi keçiriləcək. Azərbaycan Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konqresin keçirilməsi ilə bağlı Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası birgə qərar qəbul edib. Qərara əsasən, konqresin təşkili və keçirilməsi üçün Beynəlxalq Proqram Komitəsi, Məsləhət Şurası və Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi keçiriləcək. Konqresin Təşkilat Komitəsinin sədri təhsil naziri Misir Mərdanovdur. Artıq konqresin saytında dünyanın 20-yə yaxın ölkəsindən 800-dək alim qeydiyyatdan keçib və 500-dək məruzə təqdim olunub.

Qeyd edək ki, Türk Dünyası Riyaziyyat Cəmiyyəti 1999-cu ildə təsis olunub. Təşkilatın fəaliyyətinin əsas məqsədi türk əsilli alimlərin bütün dünya üzrə inteqrasiyasına nail olmaq, onların qabaqcıl elmi mərkəzlərlə əlaqələrinin qurulmasına və möhkəmlənməsinə yardım etmək, yeni elmi nəticələri ölkələrimizin iqtisadiyyatının inkişafına yönəltmək, eyni zamanda, türksoylu alimlərin dünya miqyasında tanınmasına dəstək verməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR