Bank Of Baku

Azərbaycan İsveç və Latviyanın peşə yönümü və peşə təhsili sahəsində təcrübəsini öyrənir

Azərbaycan İsveç və Latviyanın peşə yönümü və peşə təhsili sahəsində təcrübəsini öyrənir
# 11 may 2011 10:09 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dünya Bankı ilə birgə həyata keçirdiyi “Sosial Müdafiənin İnkişafı Layihəsi”nin “Gənclər üçün peşə yönümü xidmətləri” tapşırığı çərçivəsində ƏƏSMN və Baş Məşğulluq İdarəsinin mütəxəssislərindən ibarət layihə işçi qrupunun üzvləri və icraçılarından təşkil olunmuş nümayəndə heyəti bu günlərdə İsveç Krallığı və Latviya Respublikasında təlim səfərində olublar.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, səfər İsveç və Latviyanın peşə yönümü və peşə təhsili sahəsində qabaqcıl təcrübəsi ilə əyani tanışlıq və bu təcrübələrin Azərbaycanda tətbiqi imkanlarının araşdırılması məqsədilə təşkil olunub. Səfər çərçivəsində Stokholm və Riqa şəhərlərində görüşlər keçirilib, müzakirələr aparılıb.

İsveç Krallığına səfər zamanı Yerli Məşğulluq Xidməti, Mərkəzi Məşğulluq Xidməti, Sənətkarlar Akademiyası və digər müvafiq təşkilatlarda görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycan nümayəndə heyətinə peşə yönümünün planlaşdırılması və təcrübədə tətbiqinin konkret üsul və vasitələri, peşə yönümü sahəsində ən son siyasət və istiqamətlər, gənc mütəxəssislərin hazırlanması, virtual peşə yönümü xidmətləri, birgə Aİ tədbirləri və s. barədə məlumat verilib.

İsveçə səfər çərçivəsində Stokholm Universitetinə və Peşə Liseyinə ziyarət təşkil olunub, orta məktəbin yuxarı sinifləri ilə görüş keçirilib, peşə yönümü tədbirlərlə bağlı məsləhətçilər və şagirdlərlə müzakirələr aparılıb.

Latviyaya təlim səfəri zamanı Latviya Məşğulluq Xidməti, Latviya Təhsil Nazirliyi, Mərkəzi Məşğulluq Xidməti, Yerli Məşğulluq Xidməti, Təhsilin İnkişafı üzrə Dövlət Agentliyində görüşlər keçirilib. Latviyada peşə yönümü təcrübəsi, məktəblərdə peşə yönümü, Aİ tərəfindən təşkil olunan əmək yarmarkası və nəticədə işaxtaranların müxtəlif Avropa dövlətlərində işlə təmin olunması və s. barədə məlumat əldə edilib.

Nümayəndə heyəti Riqa orta məktəblərinin birində görüş zamanı özəl peşəyönümü kabineti və bu kabinet vasitəsilə bütün müraciət edənlərin informatik və psixoloji dəstək alması barədə məlumatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR