Bank Of Baku

Dünya üzrə Yol Hərəkəti Təhlükəsizliyinin Təmini üzrə Onillik Fəaliyyətə start verilir

Dünya üzrə Yol Hərəkəti Təhlükəsizliyinin Təmini üzrə Onillik Fəaliyyətə start verilir
# 11 may 2011 10:27 (UTC +04:00)
Bakı. Habil Süleymanov - APA. Bu gündən etibarən Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə dünya üzrə Yol Hərəkəti Təhlükəsizliyinin Təmini üzrə Onillik Fəaliyyət start götürür. APA-nın xəbərinə görə, BMT-nin məlumatına əsasən hər il dünyada yol qəzalarından 1,3 milyon insan həlak olur. Elan edilmiş Onillik Fəaliyyət ölüm hallarının qarşısını almağa və azaltmağa yardım edəcək. Plan, yolların və nəqliyyat vasitələrinin yaxşılaşdırılmasından tutmuş sürücülərin, motosikletçilərin və piyadaların davranışlarının inkişafına kimi mühüm sahələri əhatə edir.

BMT-nin Azərbaycan nümayəndəliyindən bildiriblər ki, Azərbaycan Səhiyyə Nazirliyi 2011-2020-ci illərdə Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Onillik Fəaliyyət üçün Azərbaycanda bu təşəbbüsün reallaşdırılması ilə bağlı fəaliyyətləri əlaqələndirəcək milli koordinatoru təyin edib. Koordinator çoxsahəli Milli Tədbirlər Planının işlənib hazırlanmasının əlaqələndirilməsinə də cavabdehlik daşıyacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR