Bank Of Baku

Azərbaycanda dual peşə təhsili mərkəzi yaradılacaq

Azərbaycanda dual peşə təhsili mərkəzi yaradılacaq
# 11 may 2011 11:29 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Azərbaycanın təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzerlə görüşüb. APA-nın məlumatına görə M. Mərdanov görüşdə Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə əməkdaşlıqdan danışıb. Nazir bildirib ki, bu günədək 70-dən çox azərbaycanlı gənc bu proqram çərçivəsində Almaniya universitetlərində təhsil alıb.

M. Mərdanov Almaniyada peşə təhsili sisteminin inkişaf etdiyini deyərək bu ölkənin təcrübəsindən bəhrələnməyin əhəmiyyətini nəzərə çatdırıb. O, ölkədə kadrların daha çox kənd təsərrüfatı, tikinti sahələri üzrə təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb. Nazir dual peşə təhsili sisteminin Azərbaycanda tətbiq olunması istiqamətində təklif də irəli sürüb və ötən tədris ilində istifadəyə verilən İsmayıllı Peşə Təhsili Mərkəzinin yaradılması işində Avropa Komissiyası ilə birgə görülmüş işlərdən bəhs edib.

O. Hauzer Almaniya tərəfinin həyata keçiriləcək işlərdə daim dəstək göstərməyə hazır olduğunu açıqlayıb və dual peşə təhsili sisteminin üstünlüklərini sadalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR