Bank Of Baku

“Sosial xidmət haqqında” qanun layihəsi parlamentin iclasına tövsiyə edilib

“Sosial xidmət haqqında” qanun  layihəsi parlamentin iclasına tövsiyə edilib
# 11 may 2011 11:35 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin (MM) Sosial siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Sosial xidmət haqqında” qanun layihəsi müzakirə edilib. APA-nın xəbərinə görə, layihə barədə MM Aparatının sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev məlumat verib. Layihə 6 fəsil, 28 maddədən ibarədir. Qeyd olunub ki, layihə Azərbaycanda həyata keçirilən sosial islahatların tərkib hissəsi kimi, ölkə həyatında çox vacib olan bir sferaya, çətin həyat şəraitində yaşayan şəxslərin sosial müdafiəsinin fundamental prinsiplərini özündə ehtiva edən bir sahəyə həsr olunub. Müzakirələrdən sonra layihə parlamentin iclasına tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR