Bank Of Baku

FHN-nin Cənub Regional Mərkəzi məktəblərdə maarifləndirmə tədbirləri keçirib - FOTO

FHN-nin Cənub Regional Mərkəzi məktəblərdə maarifləndirmə tədbirləri keçirib - <font color=red>FOTO</font>
# 11 may 2011 11:46 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi Lənkəran rayonunun H.Hüseynov adına İstisu qəsəbə və Separadi kənd orta məktəblərində “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirmə tədbirləri keçirib. APA-nın cənub bürosunun məlumatına görə, tədbir təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, ilkin tibbi yardımın düzgün göstərilməsinin üsul və mexanizmləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə etmə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsi
barədə müəllim və şagird heyətinin məlumatlandırılması məqsədilə təşkil olunub.
“Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Qəza radiasiya zədələnmələrinin diaqnozu necə qoyulmalı və ilk cavab tədbirləri necə görməli?”, “Özünə və başqalarına kömək etməyi bacar!” mövzularında hazırlanmış kitab və bröşürlar tədbir iştirakçılarına paylanıb. Mərkəzin fəaliyyəti ilə bağlı video, foto-slaydlar, "Mercedes-Benz Sprinter" xüsusi təyinatlı avtomobil və onun komplektinə daxil olan müxtəlif xilasetmə alət və avadanlıqlar, ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı görülən iş üsulları nümayiş etdirilib. Regional mərkəzin əməkdaşları sualları cavablandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR