Bank Of Baku

AVCİYA Şamaxıda seçki seminarı keçirib

AVCİYA Şamaxıda seçki seminarı keçirib
# 12 may 2011 08:07 (UTC +04:00)
Bakı – APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Şamaxı şəhərində seçici hüquqlarının müdafiəsinə həsr olunmuş seminar keçirib. AVCİYA mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminar Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə təşkil olunub.

AVCİYA-nın “Seçici hüquqlarının müdafiəsinin, seçki şikayətlərinə baxılmasının təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması və regionlarda maarifçilik işinin təşkili” adlı layihə çərçivəsində baş tutan seminarda Seçki Məcəlləsinə dəyişiklərlə bağlı assosiasiyanın tövsiyələri iştirakçıların diqqətinə çatdırılıb. Bundan başqa, tədbirdə seçici hüquqlarının müdafiəsi, seçki şikayətlərinə baxılması sahəsində mövcud problemlər müzakirə olunub.

Seminarda QHT nümayəndələri, müəllimlər, KİV və gənclər təşkilatlarının nümayəndələri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR