Bank Of Baku

Hacıqabulda vulkan püskürən ərazidə araşdırma aparılacaq

Hacıqabulda vulkan püskürən ərazidə araşdırma aparılacaq
# 12 may 2011 08:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Hacıqabul rayonunun Harami dağında püskürən vulkan sonuncu dəfə 1976-cı ildə püskürüb. 35 ildən artıq “sakit” dayanan vulkanın püskürəcəyi gözlənilən idi”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat katibi Səid Hüseynov deyib. O bildirib ki, institutun alimləri bu gün hadisə yerinə baş çəkməyə hazırlaşırlar: “Vulkanın püskürdüyü ərazidə ölçmə işləri aparılacaq. Alovun nə qədər hündürlüyə qalxması, ətrafa hansı məsafədə palçığın yayılması aydınlaşdırılacaq. Vulkanın püskürməsinin yeraltı seysmik, geodinamik proseslərlə nə dərəcədə bağlı olub-olmadığı da öyrəniləcək”.

Qeyd edək ki, bu gün saat 8.30 radələrində Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndinin ərazisinə yaxın Harami dağının (Böyük Harami silsiləsi) zirvəsində 30-50 metr hündürlüyündə alovla müşayiət olunan palçıq vulkanı püskürüb. Fasilələrlə 30 dəqiqədən çox püskürən vulkanı 70-80 kilometr məsafədən seyr etmək mümkün olub. Vulkan Hacıqabul rayonu və Şirvan şəhərindən də müşahidə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR