Bank Of Baku

Gürcüstana səfər edən bir qrup azərbaycanlı qadın jurnalist ali məktəblərdə təhsil alan azərbaycanlı gənclərlə görüşüblər - FOTO

Gürcüstana səfər edən bir qrup azərbaycanlı qadın jurnalist ali məktəblərdə təhsil alan azərbaycanlı gənclərlə görüşüblər - <font color=red>FOTO</font>
# 12 may 2011 09:10 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) təşkilatçılığı ilə bir qrup azərbaycanlı qadın jurnalist Gürcüstanda səfərdədir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, AJQA sədri Sevil Yusifovanın rəhbərlik etdiyi nümayəndə heyəti son üç gündə Qardabani, Rustavi və Marneuli gəncləri ilə görüşüblər. Gürcüstanın Azərbaycanlı Gəncləri İttifaqının təşkilatçılığı ilə Marneuli Gənclər Mərkəzində (MGM) müxtəlif ali məktəblərdə təhsil alan azərbaycanlı gənclərlə görüş olub. Tələbələr təhsil problemlərindən, gürcü dilinin öyrədilməsində olan nöqsanlardan danışıblar. S. Yusfova Azərbaycan dilli məktəblərdə kadr çatışmazlığı ilə bağlı problemlərin mövcud olduğunu bildirib: ”Amma gənclərlə görüşdə məlum oldu ki, gürcü ali məktəblərini bitirən gənc azərbaycanlı müəllim kadrlar var, lakin onları iş ilə təmin edən yoxdur. Bu məsələləri qabartmaq lazımdır ki, onlara reaksiya verilsin. Biz bütün problemləri öyrəndik, bu barədə yazacağıq ki, əlaqədar təşkilatlar soydaşlarımızın problemləri ilə bağlı Gürcüstanın müvafiq dairələri ilə danışıqlar apara bilsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR