Bank Of Baku

Kamran Musayev: “Hazırda ürək-damar xəstəliyindən müalicə olunanlar arasında daha cavan xəstələrə rast gəlinir”

Kamran Musayev: “Hazırda ürək-damar xəstəliyindən müalicə olunanlar arasında daha cavan xəstələrə rast gəlinir”
# 12 may 2011 10:34 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. “Hazırda bütün dünyada insan ölümlərinin 50 faizindən çoxu ürək-damar xəstəlikləri nəticəsində baş verir. Azərbaycanda da bu sahədəki durum dünyadakı vəziyyətə uyğundur”. Mərkəzi Klinik Xəstəxananın (MKX) baş həkimi Kamran Musayevin APA-ya verdiyi məlumata görə, ölkədə səhiyyənin, tibbi texnologiyaların inkişafına baxmayaraq, hələ də urək-damar xəstəlikləri ölüm səbəbləri arasında 1-ci sıradadır. Bu xəstəliyin getdikcə cavanlaşmaqda olduğunu deyən MKX-nın baş həkimi qeyd edib ki, hazırda müalicə olunanlar arasında daha cavan xəstələrə rast gəlinir.

K. Musayev bildirib ki, ürək xəstəliklərindən qorunmaq hər bir insanın öz əlindədir: “İnsanlara həyat tərzlərində müəyyən dəyişikliklər etmələrini məsləhət görürəm. Hamımızın çox sevdiyi Azərbaycan mətbəxindən bir az uzaqlaşmaq lazımdır. Ət və yağlı məhsullardan, siqaretdən istifadə azaldılmalı, fiziki aktivlik artırılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR