Bank Of Baku

Bakıda Texniki Peşə Tədris Mərkəzi yaradılacaq

Bakıda Texniki Peşə Tədris Mərkəzi yaradılacaq
# 12 may 2011 11:43 (UTC +04:00)
Bakı. Sevil Valehova-APA. Azərbaycan Hökuməti ilə Cənubi Koreyanın “Daewoo” şirkəti arasında Bakıda Texniki Peşə Tədris Mərkəzinin yaradılması ilə bağlı protokola imza atılıb. Təhsil Nazirliyinin Texniki Peşə Təhsili şöbəsinin baş məsləhətçisi Kamil Ağamalıyevin APA-ya verdiyi məlumata görə, kompleksin tikintisi layihəsi Azərbaycanın dövlət qurumlarında müzakirə edilib. Tikinti işlərinə sentyabr ayında başlanılması nəzərdə tutulur.

K. Ağamalıyev bildirib ki, Bakının Nizami rayonu ərazisində yerləşən 4 saylı Bakı Peşə Liseyinin bazasında yaradılacaq mərkəzdə Azərbaycanın bölgələri üçün lazım olan ixtisaslar üzrə kadrlar hazırlanacaq. Tədris müəssisəsində elektrik, avtomatlaşdırma, informasiya texnologiyaları, avtomobil təmiri, elektrotexnika, mühərrik sahələri üzrə ixtisaslı kadrlar yetişdiriləcək. Mərkəzin 2012-2013-cü illər ərzində fəaliyyətə başlaması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR