Bank Of Baku

Təhsil Nazirliyinin əməkdaşı: “Azərbaycan hələ dual təhsil sisteminə hazır deyil”

Təhsil Nazirliyinin əməkdaşı: “Azərbaycan hələ dual təhsil sisteminə hazır deyil”
# 12 may 2011 12:36 (UTC +04:00)
Bakı. Sevil Valehova-APA. “Dual peşə təhsili sisteminin Azərbaycanda tətbiqi hələ tezdir”. Təhsil Nazirliyinin Texniki Peşə Təhsili şöbəsinin baş məsləhətçisi Kamil Ağamalıyevin APA-ya verdiyi məlumata görə, bu sistemin ölkədə tətbiqi üçün yetərincə fabrik və müəssisələrin yaradılması lazımdır: “Azərbaycanda yeni qəbul edilən “Təhsil haqqında” qanunda dual təhsil sistemi də yer alıb. Amma bunu birdən-birə etmək olmaz, sistemə tədricən keçmək lazımdır. Çalışacağıq ki, bu sistem üzrə təhsil alan azərbaycanlı tələbələrin diplomları xarici ölkələrdə də tanınsın”.
K. Ağamalıyev bildirib ki, dual təhsil sisteminin tətbiq olunduğu Almaniyada nəzəri dərslər peşə məktəblərində, istehsalat təlimi isə birbaşa müəssisələrdə keçirilir. Azərbaycanda isə hələlik bu mümkün deyil: “Sovetlər birliyinin süqutundan sonra ölkədəki bir sıra zavod və fabriklər bağlandı. Düzdür, artıq bir sıra özəl müəssisələr formalaşdırılıb, ölkənin iqtisadiyyatı inkişaf etdikcə iri dövlət müəssisələri də yaradılacaq. Həmin müəssisələrdə ehtiyac olan ixtisaslar üzrə kadrlar hazırlanacaq. Biz də istəyirik ki, müəssisələrdə istehsalat təcrübələri keçirilsin. Amma bu imkan daxilində olmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR