Bank Of Baku

Azərbaycanda QİÇS-dən dünyasını dəyişmiş insanların ümumdünya xatirə günü keçiriləcək

Azərbaycanda QİÇS-dən dünyasını dəyişmiş insanların ümumdünya xatirə günü keçiriləcək
# 12 may 2011 12:54 (UTC +04:00)
Bakı. Sevil Salmanova - APA. Hər il may ayının üçüncü bazar günündə QİÇS-dən dünyasını dəyişmiş insanların ümumdünya xatirə günü keçirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin gün Azərbaycanda da qeyd ediləcək. Mayən 14-də Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən dövlət, beynəlxalq, qeyri-hökumət və dini təşkilatların iştirakı ilə «Unutmayaq və QİÇS-ə qarşı birləşək» şüarı altında dəyirmi masa keçiriləcək. Xatirə gününün keçirilməsi cəmiyyətin diqqətini bu problemə cəlb etmək, İİV/QİÇS-lə yaşayan insanlara qarşı stiqma və diskriminasiyanı aradan qaldırmaq, ictimaiyyətə İİV/QİÇS haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır.

Qeyd edək ki, xatirə günü ilk dəfə 1983-cü ildə San-Fransisko şəhərində QİÇS problemini şəxsən yaşayan və ondan ciddi narahat olan insanlar tərəfindən təsis olunub və keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR