Bank Of Baku

Azərbaycanda 1 286 min nəfər pensiyaçı qeydiyyatdadır

Azərbaycanda 1 286 min nəfər pensiyaçı qeydiyyatdadır
# 12 may 2011 13:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda qeydiyyatda olan 1 286 min nəfər pensiyaçının 64%-i yaşa görə, 25%-i əlilliyə görə, 11%-i isə ailə başçısının itirilməsinə görə pensiya alıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 114,35 manat olub və orta aylıq əmək haqqının 34%-ni təşkil edib.

Cari ilin I rübündə 298,3 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 16,9 min nəfər, əlilliyə görə 98,1 min nəfər, ailə başçısının itirilməsinə görə 36,1 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 58 min nəfər təşkil edib.

Əmək pensiyası almaq hüququ olmayan 56,5 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə müavinət, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların 802 nəfər qəyyumlarına, eləcə də 10,6 min ailəyə 21 min uşaq üçün aylıq müavinət verilib. Bu müavinətləri şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqları alıb. Əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 539 zərərçəkənə kompensasiya verilib.

Bundan başqa, 33,8 min nəfərə, o cümlədən 28,8 min nəfərə uşağın doğulmasına görə, 3,9 min nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 517 nəfərə penitensiar xidmətdən azad olanlara və həyatını itirmiş 532 nəfərin dəfni üçün birdəfəlik müavinət verilib.

Cari ilin I rübündə Azərbaycan qarşısında xüsusi xidmətlər göstərmiş 34,2 min nəfər aylıq təqaüd alıb.

Cari il aprel ayının 1-i vəziyyətinə ölkədə 121,7 min ailənin 542,2 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb və hər bir nəfərə əlavə olaraq 24,11 manat ödənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR