Bank Of Baku

BDU-da “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda elmi konfrans işə başlayıb

BDU-da “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda elmi konfrans işə başlayıb
# 12 may 2011 13:40 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Bu gün Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda magistrant, doktorant və gənc tədqiqatçıların respublika elmi konfransı işə başlayıb. BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, tədbiri açan BDU-nun elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında və inkişafında tarixi xidmətlərindən danışıb. Azərbaycanın dinamik inkişaf etdiyini bildirən İsmayıl Əliyev tələbələrə öz tövsiyələrini verib.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, professor Məhəmməd Mehdiyev isə fakültənin uğurlarından danışıb. Sonra “Diferensial tənliklər və riyazi modelləşdirmə”, “Əməliyyatlar tədqiqi, ehtimal nəzəriyyəsi və riyazi statistika, riyazi kibernetika”, “Optimal idarəetmə və informatika”, “Riyazi iqtisadiyyat” bölmələri üzrə iclaslar keçirilib.
Riyaziyyatın müxtəlif sahələrinə aid 100 yaxın məqalə və məruzələrdən ibarət olan konfrans 4 bölmədən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR