Bank Of Baku

Ombudsmanın nümayəndələri Salyan Polis Şöbəsinin təcridxanasına baxış keçiriblər

Ombudsmanın nümayəndələri Salyan Polis Şöbəsinin təcridxanasına baxış keçiriblər
# 12 may 2011 16:40 (UTC +04:00)
Bakı - APA. İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm qrupunun üzvləri insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən Salyan Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasına baş çəkiblər. Ombudsman Aparatından APA-ya verilən xəbərə görə, müvəkkilin nümayəndələri burada saxlanma şəraitini araşdıraraq saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar.

Saxlanılan şəxslərlə söhbət aparılıb və onlara hüquqları izah edilib. Söhbət aparılmış şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazılıq etməyiblər. Lakin 13 nəfərin saxlanmasına dair sənədlər yoxlanılarkən bəzi sənədlərdə pozuntu halları aşkarlanıb. Baxış keçirilmiş müəssisənin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Ombudsman aşkar edilmiş nöqsanlarla əlaqədar daxili işlər nazirinə məktubla müraciət edərək müvafiq tədbirlər görülməsini və nəticəsi barədə məlumat verilməsini istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR