Bank Of Baku

Azərbaycan ərazisində yağış yağacaq, bəzi yerlərdə intensiv leysan gözlənilir

Azərbaycan ərazisində yağış yağacaq, bəzi yerlərdə intensiv leysan gözlənilir
# 13 may 2011 08:14 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Mayın 15-də havanın tutulub açılacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 14-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 12-17, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

Mayın 15-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 9-14, gündüz 17-22, dağlarda gecə 3-8 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR