Bank Of Baku

Ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 43782 abituriyent sənəd verib

Ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 43782 abituriyent sənəd verib
# 13 may 2011 08:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 43782 abituriyent sənəd verib. Onlardan 35043 nəfəri Azərbaycan bölməsi, 8739 nəfəri isə rus bölməsi üzrədir”. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, rus bölməsinə sənəd verən abituriyentlər üçün Azərbaycan dili fəndindən ilk imtahan mayın 22-də Bakı şəhərində və digər bölgə mərkəzlərində keçiriləcək. Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənnindən ikinci imtahan isə iyun 26-da yalnız Bakı şəhərində keçiriləcək. Mayın 22-də keçirilən imtahanda iştirak etmək istəyənlər ərizələrini mayın 16-dan gec olmayaraq, müvafiq sənəd qəbul komissiyalarında təsdiq etdirməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR