Bank Of Baku

Azərbaycanlı tibb bacısı beynəlxalq medala layiq görülüb

Azərbaycanlı tibb bacısı beynəlxalq medala layiq görülüb
# 13 may 2011 10:11 (UTC +04:00)
Bakı – APA. Mayın 12-də - Ümumdünya tibb bacısı günündə Cenevrə şəhərində Beynəlxalq Qızıl Xaç Komitəsinin ( BQXK) “Florens Naytingel“ medalının 43-cü təltifetmə mərasimi keçirilib. Azərbaycan Qızıl Aypara Cəmiyyətindən APA-ya verilən xəbərə görə, cəmiyyətin tibb bacısı Vəfa Əmirova Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının ən yüksək mükafatına – “Florens Naytingel” medalına layiq görülüb.

Tibb bacıları və könüllü sanitar xidmət göstərənlər üçün ən yüksək beynəlxalq mükafat olan bu medal silahlı münaqişə və digər fəlakət qurbanlarına yardım etmək üçün göstərilmiş xüsusi cəsarət və xidmətlərə görə təqdim olunur. Medal həmçinin ictimai sağlamlıq və tibbi təhsil sahəsində nümunəvi xidmətlər və yaradıcı əhval-ruhiyyəni dəyərləndirmək üçün təqdim olunur.

V. Əmirova hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizami rayon bölməsində tibb bacısı vəzifəsində çalışır. 16 il müddətində o, cəmiyyətdə köməksiz insanlara qayğı göstərib, ictimai sağlamlıq sahəsində fəallıq nümayiş etdirib. V. Əmirova “Azadlığa buraxılan vərəmli xəstə məhkumların müalicəsinə nəzarət”, “Dərmanlara davamlı vərəmli (MDR- TB) xəstələrin müalicəsinə nəzarət”, “İnsan qripi pandemiyasına humanitar hazırlıq“ layihələrində xüsusi fəallıq göstərib.

Qeyd edək ki, bu medala daha öncə 10 azərbaycanlı tibb bacısı da layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR