Bank Of Baku

Azərbaycanın baş kardioloqu: “Əsas problemimiz kadr hazırlığı ilə bağlıdır”

Azərbaycanın baş kardioloqu:  “Əsas problemimiz kadr hazırlığı ilə bağlıdır”
# 13 may 2011 10:28 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. “Azərbaycanın hətta uzaq rayonlarında belə ürək-damar xəstəliklərinin müayinəsi üçün müalicə-diaqnostika kompleksləri açılıb. Onların hamısında müasir avadanlıqlar quraşdırılıb. Amma hazırda bizim əsas problemimiz kadrların hazırlanması ilə bağlıdır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında respublikanın baş kardioloqu Faiq Quliyev bildirib. F. Quliyev bildirib ki, Səhiyyə Nazirliyinin tapşırığı ilə Azərbaycan Kardiologiya Cəmiyyəti hazırda bu problemlə məşğuldur: “Azərbaycanın kardioloqlarının səviyyəsi Avropa kardioloqlarının səviyyəsinə qaldırılmalıdır. Hazırda ölkədə kadr hazırlığı ilə bağlı bir sıra layihələr həyata keçirilir. Əvvəlki proqramlarda bəzi dəyişikliklər aparılır. Onlara yeni diaqnostika, müalicə üsulları daxil edilir”.

Baş kardioloq bəyan edib ki, kadrları təkmilləşdirmək məqsədilə ürək-damar xəstəliklərinə aid konfranslar keçirilir və bu tədbirlərə xarici ölkələrdən qonaqlar dəvət edilir.

Son zamanlar Azərbaycanda ürək-damar xəstəliklərinin artması məsələsinə də toxunan F. Quliyev bunu ölkədə diaqnostika xidmətinin inkişaf etməsi və bu səbəbdən həmin xəstəliklərin vaxtında aşkarlanması ilə əlaqələndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR