Bank Of Baku

Bakıda “II Bakı Ürək Günləri” Beynəlxalq Konqresi başlayıb

Bakıda “II Bakı Ürək Günləri” Beynəlxalq Konqresi başlayıb
# 13 may 2011 11:25 (UTC +04:00)
Bakı. Sevil Valehova – APA. “Gülüstan” sarayında Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “II Bakı Ürək Günləri” Beynəlxalq Konqresi başlayıb. APA-nın məlumatına görə, tədbirin açılışında səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycan prezidenti İlham Əliyevin iştirakçılara təbrik məktubunu oxuyub.
AÜDCC sədri Kamran Musayev çıxışında bildirib ki, Konqresdə yerli mütəxəssislərlə yanaşı, dünyanın 25 ölkəsindən 250-yə yaxın kardioloq və kardiocərrah iştirak edir. Məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. Tədbirdə kardiologiya və ürək cərrahiyyəsinin ən mübahisəli problemlərinə toxunulacaq. Dünyanın tanınmış mütəxəssisləri ilə birlikdə xəstələr üzərində aparılacaq cərrahiyyə əməliyyatları tədbirdə canlı yayımlanacaq.
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Faiq Quliyev bu tədbirin kardiologiya sahəsinin daha da inkişafına təkan verəcəyini vurğulayıb. Cəmiyyətin 3 ilə yaxın müddət ərzində fəaliyyət göstərdiyini xatırladan F. Quliyev bu sahəyə hər zaman həm dövlət, həm də nazirlik tərəfindən böyük diqqət göstərildiyini söyləyib.

Beynəlxalq Konqres mayın 15-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR