Bank Of Baku

Səhiyyə işçilərinin imtahanlarının nəticələri açıqlanıb

Səhiyyə işçilərinin imtahanlarının nəticələri açıqlanıb
# 13 may 2011 11:45 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Azərbaycanın Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 11-də anesteziologiya-reanimatologiya və mama-ginekologiya ixtisasları üzrə keçirilmiş imtahanlarda ümumilikdə 73 həkim iştirak edib. İştirakçılardan 4 həkim 100 bal toplayaraq ən yüksək nəticəni göstərib. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 72 nəfəri (99 faiz) uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanları urologiya, hematologiya və pediatriya ixtisasları üzrə mayın 18-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR